Yüksək Liqada 9-cu turun hakim təyinatları açıqlandı

19:33 12 Noyabr 2018

Futzal üzrə Yüksək Liqada 9-cu turun oyunlarına təyinatlar açıqlanıb.


Sportarena.az həmin təyinatları təqdim edir:


Yüksək Liqa
9-cu tur
14 noyabr


Yasamal İSK - Neftçi İK
Hakimlər: Anar Fərəcov, Rahin Heybətov, Kənan Məlikov.
Hakim-inspektor: Fizulu Nəcəfov.
Bakı İdman Sarayı. Saat 12:30.


Yasamal FK - EKOL
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Elmir Quluzadə.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı İdman Sarayı. Saat 14:30.


Xəzər Cənub - Araz
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Azad Hüseynov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı İdman Sarayı. Saat 16:30.


Yeri gəlmişkən qeyd edək ki, 9-cu tur ərəfəsində bir futzalçı sarı vərəqə limitini doldurub. Belə ki, “Xəzər Cənub”la matçda sarı vərəqə alan “Neftçi”nin oyunçusu Rəcəb Fərəczadə “Yasamal” İSK ilə dueli tribunadan izləyəcək.


Rəcəb Fərəczadə (Neftçi İK) - 4
Adəm Həbibov (Araz) - 3
Omid Nabat (Xəzər Cənub) - 3
Sina Jamali (Yasamal FK) - 3


Digər xəbərlər

Xəbər xətti