"Spartak"ın yeni baş məşqçisi müəyyənləşdi

21:40 12 Noyabr 2018

Rusiyanın "Spartak" klubunun yeni baş məşqçisi məlum olub.


Sportarena.az xəbər verir ki, Moskva təmsilçisini Oleq Kononov çalışdıracaq. O, bu vəzifədə ötən ay istefaya göndərilən Massimo Karreranı əvəzləyib. Kononovun müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib.


Qeyd edək ki, 52 yaşlı rusiyalı mütəxəssis daha əvvəl Tula "Arsenal"ı, "Axmat", "Krasnodar" və "Şerif" kimi klubları çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti