Alveşin Premyer Liqa arzusu

22:52 12 Noyabr 2018

PSJ-nin müdafiəçisi Dani Alveş İngiltərə Premyer Liqasında çıxış etmək istədiyini etiraf edib. 


Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı karyerasını İngiltərədə başa vurmaq arzusundadır. Alves deyib: "Premyer Liqa dünyanın ən yaxşı liqasıdır. Azarkeşlərin futbolçulara hörmətlə yanaşdığı çempionatda həyəcan, ehtiras daha güclü olur. İngiltərədə məhz belədir. Karyeramı burada başa vurmaq arzumdur. Bütün hallarda Premyer Liqada olmaq istəyirəm. Hansı funksiyanı yerinə yetirəcəyimin əhəmiyyəti yoxdur". 


Alves bu il PSJ-nin heyətində sonuncu dəfə mayın 8-də Fransa kubokunda meydana cıxıb. Matçda ciddi zədələndiyi üçün Braziliya millisinə DÇ-2018-də kömək edə bilməyib. Müdafiəçi 6 ay müalicə almalı olub.


Digər xəbərlər

Xəbər xətti