“Zirə”də 8-ci, Premyer Liqada 6-cı

Sportarena.az      13 Noyabr 2018, 15:22

“Zirə”nin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub.


Sportarena.az xəbər verir ki, “qartallar”ın heyətindəki qol sayını 8-ə çatdıran Vüsal İsgəndərli klub tarixinin məhsuldar oyunçuları arasında 5-ci yerə sahib çıxıb. Azərbaycan Premyer Liqasının 11-ci turunun “Neftçi” ilə səfər oyununadək (2:2) bu mövqeni Tural Adıgözəlov və Besik Çimakadze ilə bölüşən İsgəndərli şəriklərini arxada qoyub. “Zirə”nin 8-ci km stadionundakı 2-ci qoluna imza atan 23 yaşlı yarımmüdafiəçi, yalnız 4 futbolçudan geri qalır. Bunlar Nelson Bonilla (17), Riçard Qadze (12), Aslan Hüseynov (10) və Milan Duriçdir (9).

 

Cari mövsümdə ilk dəfə fərqlənən futbolçu karyerasını “Zirə”də davam etdirənlər arasında 1-ci pillədədir. Vüsal qollarından 2-ni Azərbaycan kuboku, 6-nı Premyer Liqada vurub. O, “Zirə”nin çempionatdakı ən yaxşı bombardirləri siyahısında irəliləyib. Hazırda yalnız Nelson Bonilla (14), Riçard Qadze (10) və Milan Duriçdən (8) geri qalan İsgəndərli 4-5-ci yerləri Yovan Krneta ilə bölüşür.

 

Yarımmüdafiəçi indiyədək 57-si Premyer Liqada olmaqla 64 dəfə “Zirə” forması ilə meydana çıxıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin