“Qarabağ”ı azarkeşləri, “Zirə”ni məşqçisi ziyana saldı

Sportarena.az      13 Noyabr 2018, 16:03

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

“Neftçi” – “Zirə” matçında “Neftçi”nin 4, “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Zirə”nin məşqiçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.


“Sumqayıt” – “Keşlə” matçının 67-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.


“Qəbələ” – “Qarabağ” matçının 47-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub. “Qarabağ” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Qəbələ klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödəniləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin