Bəxtiyar Həsənalızadə: "Həmin insanların ürəyində problem var"

10:33 14 Noyabr 2018

Bildiyimiz kimi, "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov istefa verib.

 

Sportarena.az xəbər verir ki, hətta, Süleymanova qarşı komandanın bəzi futbolçularının "torba" tikdiyi də deyilir. 

 

Bu məsələ ilə bağlı "Sumqayıt"ın futbolçusu Bəxtiyar Həsənalızadə ilə əlaqə saxladıq. O, yayılan bütün bu məsələləri təkzib etdi.

 

 

"Belə söhbətləri heç başa düşmürəm. İnsanın ürəyi necə qara ola bilər ki, belə şeyləri  ağlına gətirər. Məncə, həmin insanların ürəyində problem var. Sadəcə komandada eniş var idi. Heç kəs istəməzdi ki, bu hesabla məğlub olaq."

 

26 yaşlı futbolçu daha sonra komandanın uğursuz çıxış etməsinin səbəbini də açıqlayıb.


"Birinci dövrədə daha uğurlu çıxış edirdik. İkinci dövrə isə nisbətən zəif təsir bağışladıq. Ancaq əsl "Sumqayıt" birinci dövrədəki "Sumqayıt"dı. Hətta, ondanda yaxşı oynamağa qadir heyətimiz var. Oyundakı səhvlərimiz məğlub olmağımıza səbəb olur.

 

Nuh TARVERDİYEV


Xəbər xətti