Millimiz İsrailə darmadağın oldu - YENİLƏNİB

16:00 14 Noyabr 2018

19 yaşadək futbolçulardan ibarət yığmamız bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.
 

Sportarena.az xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk sınağında İsrail seçməsi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Qeyd edək ki, seçmə mərhələnin oyunları Gürcüstanda keçiriləcək. Millimiz 1-ci qrupda İsraillə yanaşı, Lixtenşteyn və meydan sahibləri ilə də mübarizə aparacaq. Hər qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək.
 

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi Ermənistanda keçiriləcək.

 

Avropa çempionatının seçmə mərhələsi, 1-ci qrup
 
 

1-ci tur

 

14:00. Azərbaycan - İsrail 1:4

Qollar: Emil Qasımov, 82 Məhəmməd Kanaan, 9, Şadi Masarva, 28, Bar Arad, 56, 64

Hakimlər: Erik Lambrext, Karel De Roker (hər ikisi Belçika), Giorgi Elikaşvili (Gürcüstan)

Tiflis, Mixail Mesxi adına stadion.


Digər xəbərlər

Xəbər xətti