Karlsenlə Karuana heç-heçə etdilər

18:03 14 Noyabr 2018

Londonda şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə davam edir.

 

Sportarena.az xəbər verir ki, oyabrın 13-də dördüncü partiyada ağ fiqurlarla oynayan Norveç idmançısı Maqnus Karlsen ABŞ təmsilçisi Fabiano Karuana ilə 34-cü gedişdə heç-heçə edib. Şahmatçılar ilk üç partiyada da xalı yarı bölüblər. Beləliklə, dörd oyunun nəticəsinə görə hesab bərabərdir - 2:2. Beşinci partiya noyabrın 15-də oynanılacaq.

 

Noyabrın 28-dək davam etməsi nəzərdə tutulan yarış vaxta klassik üsulla nəzarət edilən 12 partiyadan ibarət olacaq. Hər iki partiyadan sonra bir istirahət günü planlaşdırılır. On iki partiyadan sonra hesab heç-heçə olarsa, tay-brek təyin ediləcək. Oyunun ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir. Qalib şahmatçıya 600 min, məğlub olana isə 400 min dollar məbləğində mükafat veriləcək.


Xəbər xətti