"Mançester Yunayted" De Xeanı razı sala bilmir

19:33 14 Noyabr 2018

"Mançester Yunayted"in qapıçısı David De Xea klubla müqaviləsinin müddətini uzatmaq niyyətində deyil.
 

Sportarena.az xəbər verir ki, ispaniyalı qolkiper uğursuz nəticələrə görə komandadan getmək istəyir. Rəhbərlik De Xeaya həftəlik 275 min funt-sterlinq maaş təklif etsə də, onu fikrindən döndərə bilməyib.  Belə olan halda isə "qırmızı şeytanlar"ın təcrübəli qapıçını qış transfer pəncərəsində satışa çıxara biləcəyi iddia olunur. Çünki Mançester təmsilçisi gələn ilin yayında müqaviləsi başa çatacaq qolkiperi havayı buraxmaq istəmir.

 

Qeyd edək ki, De Xea 2011-ci ildən "Mançester Yunayted"in formasını geyinir.


Digər xəbərlər

Xəbər xətti