"Səbail" qovduğu məşqçilərin təzminatını ödəmir

12:40 15 Noyabr 2018

"Səbail" rəhbərliyi yaxınlarda baş məşqçi dəyişikliyini reallaşdırdı.

 

Sportarena.az xəbər verir ki, I Divizionda mübarizə aparan əvəzedici komandanın baş məşqçisi Elman Sultanov və qapıçılar üzrə köməkçisi Toğrul Əhmədov vəzifəsindən uzaqlaşdırıldı. Onlar 2 texniki məğlubiyyətə görə iş yerini tərk etdi, sükan isə Siyasət Əsgərova tapşırıldı. İndi bir problem qalmaqdadı. Klubdan göndərilən məşqçilərə 2 aylıq komapensasiya ödənilmir. Baxmayaraq ki, onlarla müqaviləyə birtərəfli olaraq xitam verilib. Bu, icraçı direktor Ramin Həsənovun qərarıdı. 

 

Məlumat üçün deyək ki, Sultanovun əməkhaqqısı 1300, Əhmədovun məvacibi isə 500 manat təşkil edib. Göstərilən məbləğ "Səbail" üçün qəpik-quruşdu. Görünür, R.Həsənovun ya qanunlardan xəbəri yoxdu, ya da ki, AFFA-dakı dostlarının köməyinə arxalanıb, özbaşnalıq edir.


Xəbər xətti