Millətlər Liqası: Xorvatiya və Yunanıstandan qələbə

Sportarena.az      16 Noyabr 2018, 10:36

Futbol üzrə UEFA Millətlər Liqasında 5-ci tura start verilib.


Sportarena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.


A Liqasında iki oyun keçirilib. 2-ci qrupda Belçika öz meydanında İslandiya ilə qarşılaşıb və inamlı qələbəyə sevinib. 


4-cü qrupda isə Xorvatiya İspaniya ilə üz-üzə gəlib. Xorvatlar bu görüşdə də qələbə qazana bilməsələr, növbəti mərhələ şanslarını itirəcəkdilər. Komandalar arasında İspaniyada keçirilən oyunda ispanlar 6:0 hesabıyla qələbə qazanmışdılar. Amma bu dəfə Xorvatiya yığması çətinliklə də olsa, ispanları məğlub etməyi və qisas almağı bacarıb.


B Liqasının 3-cü qrupunda Bosniya və Herseqovina səfərdə Avstriyadan bir xal ala bilsə, növbəti matç komanda üçün formal xarakter daşıyacaqdı. Belə də olub. Bu qarşılaşma qolsuz başa çatıb və bosniyalılar növbəti mərhələyə yüksəliblər.


UEFA Millətlər Liqası
15 noyabr


A Liqası


2-ci qrup


Belçika - İslandiya 2:0
Qol: Batşuayi, 65; 81.


4-cü qrup


Xorvatiya - İspaniya 3:2
Qol: Kramariç, 54. Yedvay, 69; 90 – Sebalyos, 56. S.Ramos, 78-pen.


B Liqası


3-cü qrup


Avstriya - Bosniya və Hersoqovina 0:0


C Liqası


2-ci qrup


Yunanıstan - Finlandiya 1:0
Qol: Qranlund, 25-öz qapısına.


Macarıstan - Estoniya 2:0
Qol: Orban, 8. Salai, 69.


D Liqası


1-ci qrup


Qazaxıstan - Latviya 1:1
Qol: Suyumbayev, 37 - Rakel, 49.


Andorra - Gürcüstan 1:1
Qol: Martines, 63 - Çakvetadze, 9.


2-ci qrup


Lüksemburq - Belarus 0:2
Qol: Draqun, 37; 54.


San Marino - Moldova 0:1
Qol: Damaşkan, 78.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin