Sərbəst güləşçilərimiz Dağıstana yollanır

Sportarena.az      15 Noyabr 2018, 15:42

Noyabrın 16-18-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə “Continental Cup” turniri keçiriləcək.


Sportarena.az xəbər verir ki, ölkəmizi bu yarışda məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Mircəlal Həsənzadə, İslam Bazarqanov, Əliabbas Rzazadə (hamısı 57 kq), İntiqam Vəlizadə (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Gitinoməhəmməd Hacıyev, Ağahüseyn Mustafayev (hər ikisi 70 kq), Coşqun Əzimov (74 kq), Elçin Məmmədov, Ravil Babazadə, Abdulmuslim Məmmədov (hamısı 79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Məhəmmədhacı Xatıyev, Cavid Sadıqov (hər ikisi 92 kq) və Roman Bəkirov (97 kq) təmsil edəcək.


II dərəcəli beynəlxalq hakimlər Elman İsmayılov, Vüqar Şükürov, Vaqif Zeynallı və Kamran Əliyev, eləcə də III dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev turnirdə ədaləti qoruyacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin