Millinin futbolçusu “Arsenal”ın hədəfində

16:45 15 Noyabr 2018

Rusiyanın Mərkəzi Ordu İdman Klubunun (TSSKA) yarımmüdafiəçisi İlzat Axmedov karyerasını Avropada davam etdirə bilər. 

 

Sportarena.az xəbər verir ki, futbolçu Londonun “Arsenal” klubunun maraq dairəsinə  düşüb. “ClubCall”ın məlumatına görə, ingilis klubunun menecerləri UEFA Çempionlar Liqasının qrup mərhələsində oynanılan MOİK-“Roma” oyununu və Rusiya Premyer Liqasında baş tutan MOİK-“Zenit” qarşılaşmasını izləyiblər.  MOİK evdə “Roma”ya 1-2 uduzub, Sankt Peterburq klubuna isə 2-0 hesabı ilə qalib gəlib. Hər iki oyunda Axmedov fərlqənib. 

 

Qeyd edək ki, qırğız əsilli futbolçu 21 yaşlılardan ibarət Rusiya yığmasının da üzvüdür.


Xəbər xətti