Kosovonun futbolçusu: "Bizə ilk növbədə öz oyunumuz maraqlıdır"

20:28 15 Noyabr 2018

"Malta və Azərbaycanla çətin oyunlar keçirəcəyik. İndi asan oyunlar olmur. Maltaya 3 xal üçün gedirik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Millətlər Liqasında millimizin rəqibi olan Kosovonun futbolçusu Hekuran Kryezyu deyib. Norveçin "Start" klubunda çıxış edən yarımmüdafiəçi qrupda favorit olduqlarını deyib: "Maltanı məğlub etməli və Azərbaycanın Farer adaları ilə oyunda nə etdiyinə baxmalıyıq. Əlbəttə, ilk növbədə öz oyunumuz maraqlıdır. 3 xal qazanıb, irəli baxmalıyıq. Qrupda favorit bizik. Maltanın şansları az olsa da, nüfuzları üçün oynayacaq. Bu da bizə problem yarada bilər".

 

Qeyd edək ki, Kosovo noyabrın 17-də Maltanın qonağı olacaq, 3 gün sonra millimizi qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti