Dembele "Arsenal"a keçir?

22:58 15 Noyabr 2018

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" "Barselona"nın futbolçusu Usman Dembeleni transfer edə bilər.

 

Sportarena.az xəbər verir ki, fransalı yarımmüdafiəçi London klubunun transfer siyahısında yer alıb. "Arsenal"ın oyunçunun vəziyyətini yaxından izlədiyi bildrilib.

 

Qeyd edək ki, U.Dembele son zamanlar intizamsız hərəkətləri diqqət çəkir. Kataloniya təmsilçisinin onu bu qış satacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti