UEFA Azərbaycana 1 milyon manat ayırdı

Sportarena.az      16 Noyabr 2018, 17:28

UEFA 2016/2017 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubdan 7-nə vəsait ayırıb. 

 

Sportarena.az xəbər verir ki, ödəniş Avropa futbol qurumunun “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində həyata keçirilib. Sözügedən mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hər birinə 507 579,57 avro ödənilib. Bunlar "Zirə", "Keşlə", "Sumqayıt", "Səbail", "Neftçi", "Kəpəz" və "Qəbələ"dir. "Qarabağ" 2016-2017 mövsümünün yekununda Avroliqanın qrup mərhələsinə vəsiqə qazandığı üçün bu vəsaiti əldə etməyib.

 

Qeyd edək ki, UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin