Tomsen: "“Qrup birincisi olmaq istəyiriksə, mütləq qalib gəlməliyik"

Sportarena.az      16 Noyabr 2018, 20:28

"Bakıya qələbə üçün gəlmişik. Başqa yolumuzun olmadığını bilirik”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Farer adaları yığmasının hücumçusu Yakub Tomsen Millətlər Liqasının 5-ci turunda millimizlə keçiriləcək oyun haqda danışarkən deyib. Ölkəsinin mətbuatna açıqlama verən 21 yaşlı futbolçu sabahkı görüşdə qol vurmaq istədiyini bildirib: “Qrup birincisi olmaq istəyiriksə, mütləq qalib gəlməliyik. Bakıda qol vuraraq, komandama kömək etmək istəyirəm. Əgər baş məşqçi şans versə, bundan maksimum yararlanmağa çalışacam”.

 

Xatırladaq ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin