Millətlər Liqası: Hollandiya Fransaya qalib gəldi, Ukrayna darmadağınla uduzdu

Sportarena.az      17 Noyabr 2018, 10:03

Futbol üzrə UEFA Millətlər Liqasında 5-ci turun növbəti oyunları keçirilib.


Sportarena.az xəbər verir ki, ikinci oyun günündə 7 görüş baş tutub. A Liqasında Hollandiya Fransaya qalib gələ bilməsə, 1-ci qrupda liderlik şanslarını itirəcəkdi. Amma hollandlar bu görüşdə son dünya çempionlarına 2 cavabsız qolla qalib gəlməklə vəziyyəti yaxşılaşdırıblar.


B Liqasında Slovakiya 1-ci qrupun liderliyini təmin etmiş Ukrayna ilə görüşdə ilk xal uğrunda mübarizə aparıb. Ukraynalıların bu görüşdə darmadağınla üzləşiblər.


C Liqasının 3-cü qrupunda "Qarabağ"ın futbolçusu Simeon Slavçevin çıxış etdiyi Bolqarıstan yığması Kiprin, Norveç isə Sloveniyanın qonağı olub. Hər iki oyunda tərəflər hərəyə 1 qolla 1 xala razılaşıblar.


UEFA Millətlər Liqası
16 noyabr


A Liqası


1-ci qrup


Hollandiya - Fransa 2:0
Qol: Veynaldum, 44. Depay, 90-pen.


B Liqası


1-ci qrup


Slovakiya - Ukrayna 4:1
Qol: Rusnak, 6. Kuçka, 26. Zrelak, 52. Mak, 61 - Konoplyanka, 47.


4-cü qrup


Uels - Danimarka 1:2
Qol: Q.Beyl, 89 - Yorgensen, 42. Breytvayt, 88.


C Liqası


3-cü qrup


Kipr - Bolqarıstan 1:1
Qol: Panayotis, 24 - Dimitrov, 89.


Sloveniya - Norveç 1:1
Qol: Verbiç, 9 - Yonsen, 85.


D Liqası


4-cü qrup


Cəbəllütariq - Ermənistan 2:6
Qol: De Barr, 10. Pristli, 78 - Movsisyan, 27; 48; 52; 54. Kataşyan, 66. Karapetyan, 90.


Lixtenşteyn - Makedoniya 0:2
Qol: Bardi, 53. Nestarovski, 90.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin