"Qəbələ" yoxlama oyunu keçirəcək

Sportarena.az      17 Noyabr 2018, 12:38

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründə hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, 11-ci turun noyabrın 11-də keçirilən oyunundan sonra 3 günlük istirahətə buraxılan komanda dünən Qəbələdə bir araya gəlib. “Qırmızı-qaralar” hazırlığı milli komandaların düşərgələrində olan futbolçularsız gerçəkləşdirir. Bu gün keçirilən məşq prosesi fiziki hazırlıqla başlayıb. Ardınca futbolçular meydanda toplu və topsuz çalışmalar yerinə yetiriblər. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda noyabrın 20-dək məşqlərini Qəbələ şəhər stadionunda reallaşdıracaq. Həmin gün Bakıya yola düşəcək komanda 12-ci turun hazırlığına paytaxtda yekun vuracaq.

 

Noyabrın 19-da isə “Qəbələ” yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” UEFA Gənclər Liqasında mübarizə aparan U-19 komandası ilə matçda qüvvəsini sınayacaq. Xatırladaq ki, “Qəbələ” 12-ci turun noyabrın 24-də keçiriləcək oyununda “Keşlə”nin qonağı olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin