Kipr Bolqarıstan oyununda bərabərlik - VİDEO

Sportarena.az      17 Noyabr 2018, 13:41

Bu gün UEFA Millətlər Liqasında V turun növbəti matçları keçirilib.

 

Sportarena.az xəbər verir ki, C Liqasında çıxış edən Bolqarıstan Kiprin qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev qarşılaşmaya start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib.

 

Bu nəticə ilə qrupun digər komandası Sloveniya D liqasına yuvarlanıb. 

 

3-cü qrupa 10 xalla Norveç başçılıq edir. Eyni xala malik olan Bolqarıstan top fərqinə görə 2-ci yerdə qərarlaşıb. 5 xalı olan Kipr 3-cü, Sloveniya isə 1 xalla sonuncudu. Qrupun son turunda Bolqarıstan Sloveniyanı, Kipr Norveçi qəbul edəcək.

 

C Liqası

3-cü qrup

 

Kipr – Bolqarıstan - 1:1

Qollar: Panayiotis Zahariou, 24 - Nikolay Dmitrov, 89 (pen.)

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin