“Sabah” MOİK-ə 4 qol vurdu

Sportarena.az      17 Noyabr 2018, 19:02

“Sabah” milli komandanın oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranmış fasilə zamanı yoxlama oyununda qüvvəsini sınayıb.


Sportarena.az xəbər verir ki, rəqib Birinci Divizion təmsilçisi MOİK olub. “Əlincə Arena”da keçirilən oyun 4:0 hesabıyla Premyer Liqa klubunun xeyrinə başa çatıb. Görüşdə vurulan qollara Tural Qürbətov, Vitali Kvaşuk, Elçin Əsədov və Tolqar Yaqubov imza atıb.

 

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov qarşılaşmada aşağıdakı futbolçulara şans verib:

 

1. Tərlan Əhmədli, 2. Ülvi İbazadə, 3. Elvin Bədəlov, 4. Tərzin Cahangirov, 8. Elşən Abdullayev, 14. Tural Qürbətov, 15. Erik Ramos, 19. Məqsəd İsayev, 25. Vanderson Silva, 32. Elvin Yunuszadə, 88. Elçin Əsədov.

 

Sonradan meydana daxil olanlar: 11. Elgün Nəbiyev, 39. Əlibəy Məmmədli, 33. Eltun Turabov, 6. Vadim Abdullayev, 21. Novruz Məmmədov, 13. Filip İvanoviç, 7. Vitali Kvaşuk, Tolqar Yaqubov.

 

Yoxlama oyunu

17 noyabr

 

Sabah - MOİK 4:0

Qol: Tural Qürbətov, 40. Vitali Kvaşuk, 53. Elçin Əsədov, 71, Tolqar Yaqubov, 78.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin