Lars Olsen: "Kosovo ilə səfərdə oynamaq Azərbaycan üçün çətin olacaq"

Sportarena.az      17 Noyabr 2018, 23:34

UEFA  Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Farer adaları millisi səfərdə Azərbaycana 0-2 hesabı ilə uduzub.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra adalıların baş məşqçisi Lars Olsen mətbuat konfrnasında jurnalistlərin suallarını cavablandırıb. Danimarkalı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- Azərbaycanı təbrik edirəm. Bu gün daha yaxşı idilər və qələbəni haqq etdilər. Oyunu iki hissəyə bölmək olar. Birinci hissədə Azərbaycan daha çox topla oynadı və biz müdafiə olunduq. Rəqibə çoxlu qol imkanı vermədik.  Sadəcə, səhvlərdən iki qol buraxdıq. İkinci hissədə daha yaxşı oynadıq, ancaq Azərbaycan layiqli qələbə qazandı.

 

- Qısa müddətdə həm Azərbaycana və Kosovoya qarşı iki oyun keçirmisiz və hər iki komandanı yaxşı tanıyırsız. Bu komandalar arasında son oyunda hansı daha şanslıdı?
- Kosovo bu gün 5:0 hesabı ilə qələbə qazanıb. Onlar evdə oynayacaqlar. Çox həyəcanlı oyun olacaq. Hər iki komanda qələbə qazana bilər. Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin