Mirabdulla Abbasov: "Öz oyunumu dəyərləndirməyi sevmirəm"

Sportarena.az      18 Noyabr 2018, 02:32

“Çox vacib qələbə oldu. Turnir cədvəli baxımından 3 xal çox əhəmiyyətli idi”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri yığmamızın üzvü Mirabdulla Abbasov Millətlər Liqasının qrup mərhələsinin V turunda evdə Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Millidə debüt edən hücumçu Kosovo ilə səfərdə keçiriləcək görüş barədə danışıb: "Əlimizdən gələni edəcəyik ki, Kosovonu məğlub edib 3 xal qazanaq və qrupu lider başa vuraq”. 

 

- Bizim bacarmadığımız Maltaya bu gün Kosovo 5 qol vurdu. Son turda işimiz necə olacaq?

- Futbolda hər şey ola bilər. Biz də Kosovo ilə burda heç-heçə etmişik. Milli komandamız elə gücdədir ki, rəqibi məğlub edəcək. 

 

- Debüt oyununu necə dəyərləndirirsən?

- Öz oyunumu dəyərləndirməyi sevmirəm. Kənardakılar qiymət versə, yaxşı olar. Əlbəttə, qol vurmaq istəyirdim. Hər bir hücumçu bunu istəyirdi.

 

- Debütündə təkbətək epizodda qol vura bilmədin. Bu həyəcanla bağlı idi?

- Xeyr, həyəcanlı deyildim, sadəcə, hər an qol vurmaq olmur. Həmin epizodda alınmadı.

 

- Kosovo ilə səfər matçında start heyətdə olacağını düşünürsən?

- Məşqçilərin fikridir. Baş məşqçilərin qərarına hörmətlə yanaşıram. Start heyətdə olsam və oyuna sonradan qoşulsam, əlimdən gələni edəcəm. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin