Maksim Medvedev: "Özümüzdən fantastika yaratmaq istəmirdik"

Sportarena.az      18 Noyabr 2018, 02:25

“Bizim üçün çox ağır oyun oldu. Uzun zamandır bu qarşılaşmanı gözləyirdik. Bildiyiniz kimi, iki həlledici oyundan birinə çıxdıq. İki oyuna 6 xal qazanıb, birinci yerə yüksələ bilərik. Bu günkü oyuna çox yaxşı hazırlaşmışdıq. Rəqibi analiz edib, baş məşqçimizin tapşırıqlarını yerinə yetirdik. İstədiyimiz kimi hücuma çıxıb, lazım olan qolları vurduq”.


Sportarena.az xəbər verir ki, bu sözləri milli komandamızın futbolçusu Maksim Medvedev Millətlər Liqasının 5-ci turunda Bakıda Farer adalarını 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. O, rəqibin ikinci hissədə təyziq etdiyini deyib: “Rəqib ikinci hissədə 5-li müdafiə sistemini dəyişdi. Bir müdafiəçinin yerinə hücumameylli futbolçu meydana çıxdı. Ona görə bir az təyziq etməyə başladılar. İki qolla öndəydik və risk eləmək istəmirdik. Çalışdırdıq ki, daha sərbəst oynayaq. Belə deyim, özümüzdən fantastika yaratmaq istəmirdik. Daha rahat, dəqiq ötürmələrlə hücuma çıxmaq istəyirdik”.


29 yaşlı sağ cinah müdafiəçisi növbəti turdakı Kosova ilə oyun haqda da danışıb: “Rəqib futbolçuların ustalığı yüksək səviyyədədir. Belə müqayisə etsək, Kosova ilə oynaya bilərik. Əsas odur ki, diqqətimiz,  psixologiyamız yerində olsun və baş məşqçinin tapşırıqlarını yerinə yetirək”

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin