Araz Adbullayev: "Priştinada finala bərabər matç keçiriləcək"

Sportarena.az      18 Noyabr 2018, 02:44

"Bəli, qalib gəldik. Oyunda daha çox topa biz nəzarət etdik. Çalışırdıq ki, hesabı qoruyaq və bir qədər az yorulaq. Nəzərə alaq ki, bir neçə gün sonra Kosovo ilə ağır oyunumuz olacaq. Priştinada finala bərabər matç keçiriləcək".

 

Sportarena.az xəbər verir ki, bu sözləri milli komandamızın futbolçusu Araz Abdullayev Millətlər Liqasının 5-ci turunda Bakıda Farer adalarını 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Abdullayev daha sonra sualları cavablandırıb.

 

- Ayaqlarınız meydanda olsa da, başınız deyəsən, Maltada qalmışdı.

- Kosovo Maltanı məğlub elədi. Bir çıxış yolumuz qalıb ki, Priştinada Kosovonu məğlub edək. Komanda şəklində bu oyunun altından çıxmalıyıq.

 

- Kosovonun 5:0 hesablı qələbəsi sizdə çaşqınlıq yaradıb?

- Biz də qalib gəlmişik. Artıq bir oyun qalıb. İstəyirik ki, həmin oyuna motivasiya olaq. 3 gün vaxtımız var, yaxşı hazırlaşmaq lazımdı.

 

- Zədən nə yerdədi?

- Hər şey yaxşıdı. Həkimlər baxacaq və növbəti oyuna hazır olacam.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin