“Keşlə”nin futbolçusu darmadağına üzüldü

Sportarena.az      18 Noyabr 2018, 17:40

Futbol üzrə Litva yığması UEFA Millətlər Liqasında növbəti matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, “Keşlə”nin futbolçusu Edvinas Girdvainisin formasını geyindiyi bu komanda qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə Rumıniya ilə qarşılaşıb. C Liqasının 4-cü qrupunda yer alan komandaların qarşılaşmasında litvalılar böyük hesabla məğlub olublar - 0:3. Girdvainis də bu matçın iştirakçısı olub. “Keşlə”nin mərkəz müdafiəçisi start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 78-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

Keçirdiyi bütün görüşlərdən məğlub ayrılan Litva yığması xalsızdı və qrupda sonuncu pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin