"Keşlə" darmadağınla qalib gəldi

22:17 18 Noyabr 2018

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Keşlə" yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, komanda birinci divizion təmsilçisi "Qaradağ-Lökbatan"la qarşılaşıb. Matç "Keşlə"nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Premyer Liqa klubunun heyətində Samir Məsimov, Elmir Rəhimzadə, Andre Klennon, Tərlan Quliyev və Bahadur Nəsimov fərqləniblər.


Digər xəbərlər

Xəbər xətti