Hollandiya, Norveç və Makedoniya da növbəti mərhələdə - YENİLƏNİB

01:52 20 Noyabr 2018

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar olacaq.
 

Sportarena.az xəbər verir ki, 5 qrupda ümumilikdə 9 qarşılaşma keçiriləcək. A Liqasının 1-ci qrupunda səfərdə Almaniyanın qonağı olacaq Hollandiya seçməsi pley-offa yüksəlmək üçün rəqibinə uduzmamalıdır. B Liqasının 1-ci qrupunda Çexiya - Slovakiya oyunu qrup sonuncusunu müəyyənləşdirmək baxımından önəmli olacaq. Həmin liqanın 4-cü qrupunda Danimarka - İrlandiya və D liqasının 1-ci qrupunda Andorra - Latviya və Gürcüstan - Qazaxıstan matçları isə formal xarakter daşıyır.  C liqasında da final mərhələsinə vəsiqənin sahibi məhz bu tur müəyyənləşəcək. Eyni xala (10) malik Norveç səfərdə Kipr, "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevin şərəfini qoruduğu Bolqarıstan isə evdə Sloveniya ilə ü-üzə gələcək.

 

D liqasının 4-cü qrupunda isə Makedoniya Cəbəllütariqi, Lixtenşteyn isə Ermənistanı qəbul edəcək. 12 xalla qrupda lider olan makedoniyalılara pley-offa çıxmaq üçün 1 xal da kifayət edəcək.
 

Millətlər Liqası

VI tur

19 noyabr

A Liqası

1-ci qrup

 

23:45.  Almaniya - Hollandiya 2:2


Qollar: Verner, 9. Sane, 20 - Promes, 85. Van Deyk, 90.



B Liqası

1-ci qrup

23:45. 

Çexiya - Slovakiya 1:0

Qol: P.Şik, 32.

 


4-cü qrup

Danimarka - İrlandiya 0:0


C Liqası

3-cü qrup

 

23:45. Bolqarıstan - Sloveniya - 1:1

Qol: İvanov, 68 - Zayç, 75.



23:45. Kipr – Norveç - 0:2

Qol: O.Kamara, 36; 48.

 

1-ci qrup
D Liqası

21:00. Gürcüstan - Qazaxıstan – 2:1
Qollar:
 G. Merabaşvili, 59 (1:0), G. Çakvetadze, 84 (2:0), O, Omirtayev, 90 (2:1)

21:00. Andorra – Latviya - 0:1


 

23:45. Makedoniya - Cəbəllütariq - 4:0


Qol: Bardi, 27. Nestorovski, 67; 80. Traykovski, 90.

 

4-cü qrup

 

23:45. Lixtenşteyn – Ermənistan - 2:2
Qollar: Buşel, 44, Hasler, 47 - Adamyan, 9, Karapetyan, 85


Digər xəbərlər

Xəbər xətti