Bernar Şalland: "Azərbaycan oyunun favoritidir"

Sportarena.az      19 Noyabr 2018, 21:37

"Maraqlı oyun olacaq. İlk oyundan sonra Priştinada Azərbaycanla oyunun final xarakteri daşıyacağına əmin idim. Azərbaycanı favorit hesab edirəm. Lakin biz də ilk oyundan sonra güclənmişik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Millətlər Liqasının son turunda Azərbaycan yığmasını qəbul edəcək Kosovonun baş məşqçisi Bernard Şalland deyib. İsveçrəli mütəxəssis millimizlə keçiriləcək həlledici görüşlə bağlı danışıb: "Azərbaycan millisi ilə təcrübə baxımından müqayisə edilə bilmərik. Rəqibin üstünlükləri var. Həm də Qurban Qurbanov da hər zaman rəqibləri favorit göstərir, hörmətli yanaşır. Mənim oyun fəlsəfəm hücum futbolundan ibarətdi. Bəzən futbolun məntiqsizliyi olur və müdafiədə oturan komanda qalib gəlir. Fikrimcə, hücum edən komandanın şansları çox olur. Mən komandadan gedə də bilərəm. Təki 90 dəqiqə ərzində qələbə üçün hər şeyi edək".

 

Şalland Kosovonun DÇ-2018-in seçmə mərhələsindəki zəif çıxışı ilə Millətlər Liqasındakı uğurlu oyunlarını müqayisə edib: "Burada ən böyük rolu futbolçular oynadı. Amma onu da deyim ki, DÇ və Millətlər Liqasını müqayisə etmək düzgün deyil. Türkiyə, Ukrayna və Finlandiya kimi rəqiblərlə oynamışıq. Nə qədər hörmətlə yanaşsam da, Millətlər Liqasındakı rəqiblər onlardan qat-qat zəifdilər və əlbəttə, biz də inkişaf etmişik".

 

67 yaşlı çalışdırıcı "Məğlub olacağınız təqdirdə, istefa verəcəksiniz" sualına belə cavab verib: "Hər bir məşqçi kimi istənilən vəziyyətə hazıram. İndi bu haqda düşünmürəm. İşimi yaxşı görmək istəyirəm. Hər bir şey tez bir zamanda dəyişə bilər. Ola bilər ki, bu matçdan sonra evimə göndərilim. Ancaq bu, mənim üçün faciə olmayacaq. Çünki xanımımı və övladlarımı çox sevirəm".

 

Qeyd edək ki, Kosovo - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq. Qrup lideri Kosovonun 11, 2-ci yerdə qərarlaşan millimizin 9 xalı var.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin