10 milyon bir komanda üçün - YAZI

Sportarena.az      20 Noyabr 2018, 12:31

23:45...dəyişməz sevgili. Səninlə görüşü gözlədiyimiz qədər həyatımızda yəqin ki, heç nəyi gözləmədik. Ən azından kəmiyyətdə sən hamıdan qabaqdasan. Saatın ən çox gözümüzə “oturan”, ən çox sevdiyimiz 4 rəqəmi məhz sənsən.  Nə xatirələr yatır səndə. Nə xəyallar qurmuşuq. Sən gəlib çatana kimi bəzən saniyələri belə saymışıq. Bəzən o saniyənin hər birindən zövq almışıq ki, bu gün də yenə 23:45 havasındayıq. Gəlişin üçün səbrsizlənir, sənlə olan startın uğursuzluğundan çəkinərək tələsmirik. Bilirsən? - Əslində bu gün səni bu qədər səbrsizliklə gözləyən bəlkə də, yalnız biz və Kosovalılardır. İndiyədək yaşadıqlarımız bir başqa, amma indi yaşadığımız, hiss etdiyimiz bir başqadır. Bu gün ilk dəfədir ki, öz millimiz üçün, bizim özümüz üçün gözləyirik səni. Hansı ki gözümüzü açandan onun uğur həsrəti ilə yaşayırıq. Nə vaxtsa onun hansısa qrupdan çıxması, onun hansısa finala bərabər bir matç keçirməsini gözləyirdik. Və o gün yetişdi. Rəqiblərin zəif ya güclü olmasından asılı olmayaraq,”biz bu qrupdan çıxmaq üçün bu qədər narahat olmamalı” idik fikirlərindən asılı olmayaraq və ümumiyyətlə şərtlər nə olursa olsun bu gün çatıb. Şərtlər demiş. Bu gün bütün şərtlər Qurban Qurbanov və köməkçiləri üçün hamıdan və hər şeydən daha ağırdır. Sanki hər şey və hamı onlara qarşıdır. Məğlubiyyət yetim olur deyirlər. Bu  gün mümkün bütün uğursuzluqlara cavabdeh də təəssüf ki, onlar olacaq və bütün dünya onların üstünə gələcək. İndi bütün Avropa məşqçiləri və futbolçuları sıx qrafikdən şikayətlənir, bu dönəmdən  minimum itkilərlə çıxmağa çalışır. Biz isə hər iki cəbhədə tək ümidimiz olan  Qurban Qurbanov və komandasından maksimumu istəyirik. Çətin olacaq. Çox çətin. İstənilən insanının beyin olaraq tükənəcəyi bu dönəmdə, bu gün tək ümidimiz əslində baş məşqçidir. Hamımız yaxşı bilirik ki, məhz bütün məsələni o həll edəcək. Ya yaxşı, ya da pis. Yazımızı rəqəmlər və sevgi ilə başlamışdıq. Can verən futbolumuzda, “Qarabağ”da gördüyü işlərlə sevgimizi qazanıb, rəqəmlərlə tarixə çevirən Qurban Qurbanovdan elə millidə də bu gün bunu gözləyirik. Ola bilər qrupdan çıxsaq da, Avropa çempionatına getməyək. Ola bilər buradan deyil, seçmə mərhələdən milli bizə Avropa çempionatının final mərhələsi xoşbəxtliyini gətirər və.s Amma  bu gün fərqli gün olmalıdır.  Və nəhayət, bu gün 23:45, bəlkə də, ilk dəfə hamımız eyni istəklə gözləyirik. Hamımız ilk dəfə bir komandanın qələbəsi üçün alışıb yanırıq. Və  çox ümidliyik ki, bu enerji buradan uzaq Priştinaya ötürüləcək. Əsərin qəhrəmanları bu 23:45-i ən unudulmaz 23:45-inə çevirəcək.

 

Azər İsmayıl

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin