"Qarabağ"ın legioneri oynadı, komandası pley-offa yüksələ bilmədi - VİDEO

13:42 20 Noyabr 2018

"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan millisində növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı futbolçu UEFA Millətlər Liqasının qrup mərhələsində Sloveniya ilə ev  oyununda forma geyinib. 

 

Start heyətdə meydana çıxan Slavçev sonadən mübarizə aparıb. O, 90+4-cü dəqiqədə sarı vərəqə alıb. Qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb. Qrupun digər matçında isə Norveç Kiprə 2-0 hesabı ilə qalib gələrək pley-offa yüksəlib. Bolqarıstan yarışı 11 xalla 2-ci yerdə tamamlayıb.


Digər xəbərlər

Xəbər xətti