"Çelsi"dən 20 yaşlı futbolçuya 70 milyon avroluq təklif

19:35 20 Noyabr 2018

İngiltərənin "Liverpul" klubunun maraq dairəsində olan "Borussiya"nın (Dortmund) futbolçusu Kristian Pulişiç, daha bir ingilis təmsilçisinin transfer siyahısındadır.

 

Sportarena.az xəbər verir ki, "Çelsi" amerikalı futbolçu üçün Almaniya klubuna 70 milyon sterlinqlik təklif göndərib. İki tərəf arasında razılıq əldə olunarsa, 20 yaşlı yarımmüdafiəçi iyun ayına qədər "Borussiya"da çıxış edəcək, yay transfer pəncərəsi dövründə isə London təmsilçisinə transfer olunacaq. "Arılar" 70 milyon sterlinqə razılaşarsa, Pulişiç ən bahalı ABŞ-lı futbolçu ünvanına yiyələnəcək. 2015-ci ildə "Borussiya"nın 17 yaşlılardan ibarət komandasında oynayan Pulişiç, 2016-cı ildə əsas komandaya cəlb olunub.

 

ABŞ millisinin üzvü yığmada keçirdiyi 22 oyunda 9 qol, 7 məhsuldar ötürməylə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti