Bernard Şalland: "Azarkeşlər əndazəni aşdılar"

02:48 21 Noyabr 2018

Millətlər Liqasının son qrup matçında yığma komandamızı evdə 4:0 məğlub edən Kosovo millisinin baş məşqçisi Bernard Şalland mətbuat konfransı keçirib.

 

 Sportarena.az xəbər verir ki, 67 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

-    Nəticədən məmnunam. Oyundan əvvəl mənə maraqlı idi ki, bu təzyiq altında necə oynayacağıq. Cavab aldım və çox məmnunam.

 

-    Bu cür uğur qazanacağınızı komandadan gözləyirdinizmi? Necə düşünürsünüz, Avropa çempionatına çıxmaq mümkün olacaq?
-    Qrupda qalib gəlmək arzum idi. Rəqibləri tanıdıqdan sonra buna inandım. Martda da bu barədə danışmışdım. Mənim üçün önəmli hücum futbolu oynamaq idi. Bütün istəklərimizə çatdıq. Sualınızın ikinci hissəsinə gəlincə, əlbəttə, buna inanıram. İndi bizi AÇ-dən cəmi 2 addım ayırır. Qarşıdakı rəqib Makedoniyadı. Bu uğura inanmasam, axmaq olaram. Qarşıda bizi seçmə tsikl gözləyir. Millətlər Liqasında isə yarımfinaladək hərə 1 ilimiz var. Əlbəttə, qitə birinciliyinə yüksəlmək üçün Millətlər Liqası daha yaxın yoldu. Seçmə mərhələyə hazırlıq mərhələsi kimi baxmıram. Ancaq Millətlər Liqasında daha yaxşı olmağımız üçün bizə köməyi dəyəcək.

 

-    Düşünürsünüzmü ki, bu, məşqçilik karyeranızın ən uğurlu səhifəsidi?
-    Düşünürəm ki, növbəti uğurum daha böyük olacaq. Avropa Çempionatına yüksələcəyimizə inanıram.

 

-    Azərbaycan himni fitə basıldı. Axı, Bakıda Kosovo himni fitə basılmamışdı. Buna münasibətiniz necədi?
-    Mən İsveçrədən gəlmişəm və siyasətə qarışmaq istəmirəm. Bu olaya münasibətim müsbət deyil. Azərbaycan yığması yaxşı komandadı. Bəli, azarkeşlər həddən artıq çılğın idilər. Hesab edirəm ki, azarkeşlər əndazəni aşdılar. (Sport24.az)


Xəbər xətti