Millimizə 3 qol vuran oyunçu: "Azərbaycanla oyunda əsl komanda kimi döyüşdük"

18:18 21 Noyabr 2018

"Azərbaycanla oyunda əsl komanda kimi döyüşdük. Uğurumuzun sirri də bundadır.  Möhtəşəm oyun keçirdik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Kosovo millisinin üzvü Arber Zeneli UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda doğma meydanda Azərbaycana böyük hesabla qalib gəldikləri matçı dəyərləndirərkən deyib. Millimizin qapısından 3 qol keçircən 23 yaşlı yarımmüdafiəçi istənilən rəqibi məğlub etmək gücündə olduqlarını söyləyib: "Mənim Albaniya millisində oynamaq imkanım var idi. Ancaq atama Kosovo millisinin uğurları üçün çalışacağıma söz verdim. Özüm də daxil olmaqla, komanda yoldaşlarıma və bu zəfərdə yanımızda olan azarkeşlərimizə təşəkkür edirəm. Biz birlikdə əla nəticə əldə etdik. İndi növbəti çətin sınaqlardan keçməli olacağıq. Azərbaycan üzərində qazandığımız qələbə ilə göstərdik ki, istənilən rəqibi məğlub edə bilərik". 

 

Qeyd edək ki, Kosovo milli komandamızın qapısından 4 cavabsız qol keçirib.


Xəbər xətti