Taekvandoçularımız vətənə medalla döndü - FOTO

22:40 21 Noyabr 2018

Ukraynanın Kiyev şəhərində keçirilən "Open Kiev” adlı beynəlxalq taekvando müsabiqəsində 7 ölkədən olan 800 idmançı arasında Azərbaycan taekvandoçularının hamısı vətənə medalla dönüblər.

 

Sportarena.az xəbər verir ki, Ukrayna, Belarusiya, Moldova, Gürcüstan, Ruminya və Latviyanın iştirak etdiyi müsabiqədə Azərbaycanın "Grandmaster” və "Abşeron” taekvando idman klubları iştrak edib.

 

Azərbaycanı təmsil edən "GrandMaster” taekvando klubunun idmançıları Fatimə İsmayılzadə, Nigar Abdullayeva və Xədicə İsmayılova 1-ci yerin qalibi olublar. Digər yerli iştirakçı klub "Abşeron” – un döyüşçüləri Səadət Abasova 1-ci, Əliağa Abbasov 2-ci, Mədinə Səfərova isə 3-cü yeri qazanıblar.


Digər xəbərlər

Xəbər xətti