Okyabr ayının ən yaxşı futbolçusu bəlli oldu

14:02 22 Noyabr 2018

Topaz Premyer Liqasında okyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, goal.az-ın keçirdiyi səsvermə nəticəsində Premyer Liqada oktyabr ayının ən yaxşısı "Neftçi"nin hücumçusu Baqali Dabo seçilib. O rəqiblərini 47,27 faiz göstərici ilə qabaqlayıb. Qalib PFL-in təqdim etdiyi 1 futbolçu, klub kapitanları tərəfindən ən çox adı çəkilən 2 futbolçu və ay ərzində ən çox qol vuran namizəd arasından oxucular tərəfindən seçilib. Namizədlər arasında Baqli Dabo ilə yanaşı, Şəhriyar Əliyev (Sumqayıt), Stiven Monroz (Qəbələ), Aleksey İsayev (Sumqayıt) yer alıb. 

 

Xatırladaq ki, sentyabr ayının ən yaxşı futbolçusu "Neftçi"nin qapıçısı Səlahət Ağayev seçilmişdi.


Digər xəbərlər

Xəbər xətti