Güləşçilərimiz İranda beş medal qazandı

15:02 22 Noyabr 2018

Noyabrın 21-də İranın Gürgan şəhərində 15 yaşadək sərbəst güləşçilər arasında “Day of children” turniri keçirilib.

 

Sportarena.az xəbər verir ki, komanda yarışında ölkəmizi böyük məşqçi Namiq Quliyev və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Ruslan Abdullayev (38 kq), Emin Qocayev, Abdul Abdullayev (hər ikisi 41 kq), Mahir Məmmədov (44 kq), Ramik Heybətov, Nurəddin Novruzov (hər ikisi 48 kq), Ağanəzər Novruzov (52 kq), Məhəmmədəli Quliyev (57 kq), Namus Orucov (62 kq), Səttərxan Allahverdili (68 kq), Varis Mehdizadə (75 kq) və Xəlil Allahverdiyevdən (85 kq) ibarət kollektiv təmsil edib. Yığmamız qrupda İran-1 komandasına 3:7 hesabıyla uduzubsa, eyni hesabla Ermənistana qalib gəlib. Bu nəticəylə qrupda 2-ci yeri tutan millimiz İran-2-ni (7:3) məğlub edərək bürünc medalın sahibi olub. Fərdi birincilikdə Ruslan Abdullayev (38 kq), Ramik Heybətov (48 kq) və Məhəmmədəli Quliyev (57 kq) qızıl, Mahir Məmmədov (44 kq) isə gümüş medalı boynundan asıb.

 

Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Zaur Şərifov ənənəvi yarışda ədaləti qoruyub.


Xəbər xətti