Mbappe millidə rekorda imza atdı

15:23 22 Noyabr 2018

Fransa yığmasının üzvü Kilian Mbappe 15 il sonra millidə rekorda imza atıb.


Sportarena.az xəbər verir ki, 20 yaşlı futbolçu 2018-ci ildə yığmada 9 qol vurub. Bundan əvvəl millidə bir il ərzində ən çox qol vuran futbolçu Tyerri Anri idi. Sabiq forvard 2003-cü ildə Fransa yığmasının heyətində 11 dəfə fərqlənmişdi. 


2017-ci ilin martında Fransa millisində debüt edən Mbappe, yığmada keçirdiyi 28 oyunda 10 qol vurub.


Xəbər xətti