Falkao "Qalatasaray"a keçir?

16:04 22 Noyabr 2018

“Monako”nun hücumçusu Radamel Falkao karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə kolumbiyalı futbolçunun türkiyəli meneceri Fatih İlek məlumat verib. O bildirib ki, 32 yaşlı forvard “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin transfer siyahısında ilk sıradadır və qış fasiləsində bu komandaya keçməyə yaxındı. 

 

Menecer Falkao ilə “Beşiktaş”ın da da yaxından maraqlandığını söyləyib. 2013-cü ildə “Atletiko”dan “Monako”ya keçib.


Xəbər xətti