"Real" Navasla bağlı qərarını verdi

18:19 22 Noyabr 2018

"Real" Tibo Kurtuanın transferindən sonra əsas heyətdə yerini itirən Keylor Navasla bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, "kral klubu" kosta-rikalı qapıçı ilə müqaviləni uzatmağa qərar verib. Onun illik maaşı 4 milyonda avrodan 5 milyona yüksəldiləcək və 2021-ci ilə qədər anlaşma imzalanacaq.

 

Qeyd edək ki, 31 yaşlı qapıçı 2014-cü ildə "Levante"də "Real"a keçib.


Xəbər xətti