Bakı Olimpiya Stadionu bağlanır

14:44 23 Noyabr 2018

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki ev oyununun yeri dəyişdirilə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Millimizin böyük azarkeş kütləsinin izləməsi ehtimal olunan ev oyunu təqvimə əsasən 2019-cu ilin mart-may aylarına təsadüf edərsə, həmin qarşılaşmanın səfərdə keçirilməsi ilə  bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət olunub. Hazırda məsələyə UEFA tərəfindən baxılır.

 

2019-cu il mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyi nəzərə alınaraq, UEFA-nın Təşkilat Komitəsinin planına uyğun hazırlıq işləri ilə əlaqədar gələn ilin mart ayından etibarən Bakı Olimpiya Stadionu digər tədbirlər üçün qapalı olacaq.

 

Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi 2018-ci il dekabrın 2-də İrlandiyanın Dublin şəhərində keçiriləcək.


Xəbər xətti