Ranyeri: "Anamın məsləhətlərinə qulaq asacam"

17:29 23 Noyabr 2018

İngiltərənin "Fulhem" klubunun baş məşqçisi Klaudio Ranyeri maraqlı açıqlama verib.


Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis anasının futbolu çox sevdiyini deyib. O, növbəti tur "Sauthempton"la oyunda anasının məsləhətlərinə qulaq asacağını deyib: "Anamın 99 yaşı var. O, futbolu çox sevir. "Sauthempton"la oyunda oynatmağım lazım olan futbolçular haqqında mənə məsləhətlər verdi. Ona qulaq asacağam".


Ranyeri bir neçə gün əvvəl istefaya göndərilmiş Slavişa Yokanoviçin yerinə baş məşqçi təyin olunub.


Qeyd edək ki, "Fulhem" - "Sauthempton" görüşü sabah saat 19:00-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti