"Qəbələ" qalib gəldi, "Qarabağ" xal itirdi - YENİLƏNİB

20:57 24 Noyabr 2018

Bu gün Topaz Premyer Liqada 12-ci tura start veriləcək.
 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. "Keşlə" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Günün digər oyunu isə Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Burada "Qarabağ" debütant "Sabah"ı sınağa çəkəcək.
 

Qeyd edək ki, turun digər iki görüşü sabaha nəzərdə tutulub.


24 noyabr (şənbə)

16:30. "Keşlə” – "Qəbələ” 1:2

Qollar: Ceyms Adeniyi, 17, Voislav Stankoviç, 20, Amil Yunanov, 37

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu
"ASK Arena”

 

19:00. "Qarabağ” – "Sabah” 1:1
Qollar: Elgün Nəbiyev, 44, yakub Jezniçak, 45+1 Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu


Xəbər xətti