"Real" Argentinalını transfer edir

14:03 24 Noyabr 2018

"Real" "İnter"in ulduzu Mauro İkardini yenidən transfer siyahısına salıb.

 

Sportarena.az xəbər verir ki, "Kral Klubu" "Yuventus"a satdığı Kriştiano Ronaldonun yerinə argentinalı futbolçunu gətirmək istəyir. İspanlar bu transferi qışda həyata keçirməyi planlaşdırır. Qeyd edək ki, İkardinin özünün də "Real" fanatı olduğu və "Kral Klubu"nda forma geyinmək istədiyi bildirilir. Argentinalı ulduzun "Barselona"da oynayan həmyerlisi Lionel Messi ilə münasibətləri pisdi. Hətta o, bu səbəbdən dünya çempionatına da aparılmamışdı. Həmçinin Messinin bir müddət əvvəl İkardinin "Barselona"ya transferinə qarşı çıxdığı da deyilir.

 

25 yaşlı forvard "İnter"ə 2013-cü ildə "Sampdoriya"dan 13 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 95 milyon avro qiymət qoyub. İkardi cari mövsümdə meydana çıxdığı 13 rəsmi oyunda 10 qol vurub və 2 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti