"Borussiya" Alkaserin transfer hüququna sahib oldu

15:26 24 Noyabr 2018

"Borussiya" mövsümün əvvəlində "Barselona"dan 2 milyon avroya icarəyə götürdüyü Pako Alkaserin transfer hüququna yiyələnib.


Sportarena.az xəbər verir ki, Dortmund təmsilçisi İspaniya hücumçunu birdəfəlik transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bundesliqa klubu Alkaserlə 2023-cü ilədək müqavilə imzalayıb. 25 yaşlı futbolçu üçün "Borussiya" Kataloniya təmsilçisinə 23 milyon avro və 5 milyon avro bonus ödəyəcək.


Qeyd edək ki. Alkaser "Borussiya"nın heyətində meydana çıxdığı 8 oyunda 400 dəqiqə meydanda olub və 9 qol vurub.


Xəbər xətti