"Yazırlarsa, düzgün xəbər yazsınlar" - Klub rəsmisindən maaş probleminə MÜNASİBƏT

17:20 24 Noyabr 2018

Son günlərdə "Səbail" komandasında maaş problemi yarandığı haqda məlumatlar dolaşır.

 

Məsələ ilə bağlı klubun mətbutat xidmətinin rəhbəri Törə Əhmədova ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında klubda heç bir maliyyə probleminin olmadığını bildirdi: 

 

"Yazırlarsa, düzgün xəbər yazsınlar. Yayılan xəbərlərin heç biri həqiqəti əks etdirmir.  Hətta, futbolçular uğurlu nəticələrə görə əlavə mükafat da alıblar."

 

Nuh TARVERDİYEV


Xəbər xətti