Tərlan Əhmədov: "Belə şayiələri buraxanlar gərək utansın"

19:38 24 Noyabr 2018

“Qarşılıqlı hücumlarla keçən oyun izlədik. Ötən matçla müqayisədə dəyişikliklər etmişdik. Kamran və Diallo yığmadan zədəli qayıtmışdı. Giorgiadze məşqdə zədələnmişdi. İki səhvdən qol buraxdıq. Böyük hesabla uduza da bilərdik. Çünki rəqib bizi əks-hücumlarda yaxalayırdı”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 12-ci turunda doğma meydanda “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 

"Məni ən çox narahat edən çox top buraxmağımız və az qol vurmağımızdır. Hücumda bacarmadıq, müdafiədə isə səhvlər etdik. Kamra Ağayevin olmaması, bəzi futbolçuların sonradan oyuna girməsi təsir etdi. Sonda 3-4-3 sisteminə keçmişdik. Daha aqressiv oynaya bilmədik. Bizi ağır oyunlar gözləyir. Hazırlaşmağa çalışacağıq” - deyə o bildirib.

 

- Kamranın zədəsi nə dərəcədə ciddidir? Mətbuatda xoşagəlməz söhbətlər dolaşır...

- Bilmirəm, nə yazırlar. Belə çıxır ki, Kamran yığmanı pis vəziyyətdə qoyub? Yaxşı, Farer adaları ilə oyunda əvəzləndi və komanda qələbə qazandı. Amma onda heç kim demədi ki, Kamran yoxdur. Həqiqət odur ki, ciddi zədəsi var. Əzələsində qan yığılıb. Bunu MRT göstərmir. Bu gün yığma tək Kamrandan asılıdırsa, nədənsə danışmağa haqqımız yoxdur. Mətbuatda əvvəl yazılırdı ki, Səlahət daha yaxşı oynayır. İndi isə Kamranın üstünə yıxırlar ki, oynamadı, komanda uduzdu. Çalışırıq ki, növbəti oyuna hazırlayaq. Belə şayiələri buraxanlar gərək utansın.

 

- Uzun müddət yığmada çıxış etmisiniz. Son günlər yayılan “torba” söhbətləri barədə fikriniz nədir?

- Bir dəfə demişdim ki, oyun alqı-satqısı, “torba” sözünü işlədənlər deməli nə zamansa onunla məşğul olub. Heç zaman deyə bilmərəm ki, futbolçular bilərəkdən oynamayıblar. Heç vaxt insanları belə şeylərlə ittiham edə bilmərəm. Oyun necə satılır ki? Elə deyənlər gərək sübut etsinlər. Dəfələrlə demişəm ki, belə şeyləri danışanların özləri araşdırılmalıdır. İnanmıram ki, yığmada belə işlər olsun. Kimsə 100 faiz bilirsə, bunu sübut etsin.

 

- “Keşlə”də cüzi, yoxsa ciddi dəyişikliklərə ehtiyac var?

- Əvvəl bir transfer pəncərəsi zamanı 20-30 futbolçu transfer etmək olurdu. İndi isə mövsüm üçün limit var. Mümkün deyil ki, bütün komandanı dəyişək, amma cüzi transferlər olacaq. Həm əcnəbi, həm yerli futbolçu axtarışındayıq. Limitə görə oynatmağa yerli oyunçu tapmaq çətindir.

 

- Lazım gəlsə, klub olaraq Kamranın zədəli olduğu ilə bağlı həkimin imzaladığı sənədi göstərə biərsiniz? Bu gün 90 dəqiqə ayaqüstə idi...

- Heç bir porblem yoxdur. Zədələr müxtəlifdi. Azər Salahlının ayağı gipsdədir, onun bazaya gəlməsinə də imkan vermirəm. Kamranda isə başqa cürdür. Əzələsində qan yığılıb və bu kəskin hərəkət zamanı ciddi problem yarada bilər. Ona diqqətlə baxsaz, axsadığını görərsiniz. O qədər düşüncəsizik ki, hazır ola-ola onu ehtiyatda saxlayaq? Davud çoxdan idi oynamırdı və biz məcburiyyətdən onu meydana buraxdıq. Millinin həkiminin açıqlaması söz-söhbətlərə səbəb olub. Onun özünü məhşər ayağına çəkmək lazımdır. Çünki Farer adaları ilə oyundan öncə Kamranın zədəsi ilə bağlı söhbət olub. Amma oynamasında problem olmayacağını deyib. Nəticə də belədir.

 

- Denis Silva Kruz sanki müdafiədə tək idi. Müdafiədə dəyişiklik etmək barədə düşünmürsünüz?

- Yeni futbolçularımız olsa, çoxdan dəyişikliklər edərdim. Futbolçu qıtlığı var. Azər Salahlı, Murad Qayalı, Ayite zədəlidir.

 

- Hansı mövqeləri gücləndirməyə daha çox ehtiyac var?

- Bütün mövqeləri. Amma daha çox orta xəttə futbolçu almaq istəyirik.


Digər xəbərlər

Xəbər xətti