Kamran Ağayev: "Mən ayağımı tutub qaçanam?"

00:45 25 Noyabr 2018

"Keşlə" Topaz Premyer Liqasının XII turunda "Qəbələ"ni qəbul edib və 0:2 hesabı ilə uduzub. Farer adaları ilə matçda zədələndiyi üçün bu görüşdə iştirak etməyən paytaxt klubunun qolkiperi Kamran Ağayev matçın fasiləsi zamanı haqqında yayılan söz-söhbətlərə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı qolkiper jurnalistlərə müsahibə verməkdən imtina etsə də, "mən ayağımı tutub qaçanam?" deyib və yazılanların həqiqətə uyğun olmadığını söyləyib.

 

Kamran Ağayevin Farer adaları ilə matçda aldığı zədənin ciddi olmadığı və onun özünün Kosovoya qarşı oyun üçün səfərə getmədiyi bildirilir. Millinin həkimi Vyaçeslav Xomenko da iddiaları təsdiqləyib.


Digər xəbərlər

Xəbər xətti