Jezniçak: "Futbol incə oyun deyil, top uğrunda mübarizə aparmalısan"

11:38 25 Noyabr 2018

"Bu gün topa nəzarət edən tərəf biz idik. Özünüz də gördünüz ki, rəqib cərimə meydançalarının daxilində 11 nəfərlə müdafiə olunurdu. Təbii ki, belə komandalara qarşı qol epizodları yaratmaq çətindir. Bu gün də əsas problemimiz bu oldu. Biz təhlükəli vəziyyətlər yarada bilmədik, rəqib isə əlinə düşən yeganə şansdan maksimum yararlandı. Daha sonra nə qədər çalışsaq da qələbə qazana bilmədik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Yakub Jezniçak Topaz Premyer Liqasının 12-ci turunda evdə “Sabah”la 1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Komandanın yeganə qolunun müəllifi rəqibin bütün heyətlə müdafiə olunduğunu söyləyib:

 

"Qələbə qolunu vura bilməməyimizin əsas səbəbi rəqiblərin bizə qarşı bütün heyətlə müdafiə olunmasıdır. Cərimə meydançasına kimi gəlirik, ondan sonra heç nə edə bilmirik. Ona görə əvvəlki oyunlarda son dəqiqələrdə 1-2 qol vurub, qələbə qazanmışdıq. Hələ qarşıda oyunlarımız var. Sona qədər vuruşacağıq”.

 

32 yaşlı müdafiəçi hakimin ona haqsız yerə sarı vərəqə verdiyini deyib: "Mənim üçün xoş olardı ki, bu gün qol vurmayım, amma komandam qələbə qazansın. Onda daha xoşbəxt olardım. Matçda hakim oyunu tez-tez saxlayırdı. Bir epizoda da top uğrunda mübarizə olduğu halda, sarı vərəqə ilə cəzalandım. Başa düşə bilmirəm ki, niyə? Futbol incə oyun deyil, top uğrunda  mübarizə aparmalısan. Heç nədən sarı vərəqə almağım kefimi pozdu".

 

Polşalı futbolçu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sportinq”lə evdə keçirəcəkləri oyun haqda da fikirlərini bildirib: "Bu gün xal itirməyimiz “Sportinq”lə oyuna heç bir təsir göstərməyəcək. Çünki hər ikisi fərqli turnirlərdir. Orada komandada tamam başqa ab-hava olur. Çalışacağıq ki, nəticədən asılı olmayaraq, azarkeşlərimiz üçün əlimizdən gələni edək”


Digər xəbərlər

Xəbər xətti