"Neftçi" "Səbail"ə, "Zirə" "Sumqayıt"a qalib gəldi - YENİLƏNİB

20:59 25 Noyabr 2018

Bu gün Topaz Premyer Liqada 12-ci tura yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. Lider "Neftçi" səfərdə "Səbail"in qonağı olacaq. Ən yaxın izləyicisi "Qarabağ"ın ötən gün "Sabah"la oyunda xal itirməsi "ağ-qaralar"a liderliyini möhkəmləndirmək şansı yaradıb.

 

Günün digər oyununda isə "Zirə" "Sumqayıt"ı qəbul edəcək.

 

25 noyabr (bazar)

 

17:00 “Səbail” – “Neftçi” 0:2

Qollar: Baqali Dabo, 41, Emin Mahmudov, 51

Hakimlər: Rauf Cabbarov, Cəmil Quliyev, Vüqar Bayramov, Sərxan İsmayılov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
"Bayıl Arena"

 

19:00 “Zirə” – “Sumqayıt” 3:1

Qollar: Aleksandr Dedov, 36, 75 - Əfran İsmayılov, 45+3, Bilal Həmdi, 90+6

Hakimlər: Səbuhi Bayramov, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Dalğa Arena”


Digər xəbərlər

Xəbər xətti